Xəbər lenti

Nərmin Hüseynlinin dəfnində insident - FOTO
Ölkə 15:57 11.03.2014

Nərmin Hüseynlinin dəfnində insident - FOTO

Ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Nərmin Hüseynlinin dəfn mərasimində insident yaşanıb.

İnterpress.az xəbər verir ki, Nərminin yaxınları mətbuatın dəfn mərasimini işıqlandırmasının əleyhinə çıxıblar. Nəticədə mətbuat nümayəndələri ilə Nərminin yaxınları arasında mübahisə yaranıb.

Daha sonra media istəyinə çatıb və Nərminin dəfn olunduğu qəbristanlığa buraxılıb.

17 yaşlı gənc qız Abşeron rayonu Saray qəsəbə qəbristanlığında torpağa tapşırılır.

Qeyd edək ki, 17 yaşlı gənc qızın həkim səhlənkarlığının qurbanı olduğu deyilir. Nərmin Hüseynlinin anasının sözlərinə görə, 17 yaşlı qızı səhhətindən heç vaxt şikayət etməyib və tam da sağlam olub. Məktəbdə fiziki və əqli fəallığı ilə seçilən Nərminin ötən ilin aprelində birdən-birə boğazı şişməyə başlayır.

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müayinə olunduqdan dərhal sonra ona zob diaqnozu qoyularaq əməliyyat aparılıb. Lakin getdikcə Nərminin vəziyyəti ağırlaşdığından valideynləri onu da müayinə üçün İrana, Təbrizə aparırlar. Məlum olur ki, diaqnoz əvvəlcədən səhv qoyulub və əslində Nərmin xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 

Xatırladaq ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilib. Müxtəlif xeyriyyə tədbirlərində onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanıb.

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->