Ölkə 17:05 18.07.2017

Nəsimi rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib (FOTOLAR)

Bu gün Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.

"Qaynarinfo" xəbər verir ki, tədbiri giriş sözü  iləaçan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqlarısalamlayaraq, mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyətqarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini bildirib.

Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələriilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edənAsif Əsgərov vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqətcarçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əksetdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğindəmühüm rol oynayıb:

"XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycandamilli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil edib, millioyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olub. Sovethakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyətgöstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib,respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb, qəzet və jurnalların şəbəkəsigenişlənib, jurnalistikanın çeşidli növləri meydana çıxıb.

Hazırda ölkəmizdə çoxtərəfli mətbuat və informasiya sistemiyaradılıb. Cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuatorqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatıninkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatınmaneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi,xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasınınyaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi vəjurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olanbütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir,kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olanhər şeyi edir".

Azərbaycan Respublikası Prezidenti yanında Kütləviİnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar SəfərliMilli Mətbuatın 142 illiyi ilə əlaqədar keçirilən tədbirlər, rəhbərlik etdiyiqurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov,“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin başredaktoru Bəhruz Quliyev və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yolunanəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldəolunan uğurlardan danışıblar.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələrtəqdim olunub.

Qaynarinfo.Az