Azərbaycan əsilli türkiyəli aktrisa Nəsrin Cavadzadə dünya şöhrətli ispan aktyor Antonio Banderasla eyni filmdə çıxış edəcək.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara görə Cavadzadə Hollivud-İspaniyanın ortaq layihəsi olan film üçün baş rol təklifi alıb və sınaq çəkilişlərinə artıq start verilib. Prosesdən sonra ikilinin eyni filmdə iştirak edib-etməyəcəyi dəqiqləşəcək.

Qeyd edək ki, Nəsrin Cavadzadə daha əvvəl məşhur ispan rejissor Pedro Almadovarın prodüserlik etdiyi "El Desentierro" filmində çıxış edərək İspaniyada şöhrət qazanıb.

Gülşən