Foto 11:35 12.12.2017

Nəsrin Cavadzadədən cəsarətli etiraf (FOTOLAR)

Sosial media hesabından paylaşdığı fotolarla diqqəti özünə çəkən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə maraqlı açıqlamalarla yadda qalıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu ilki Antalya Film Festivalına geyimi ilə damğa vuran 35 yaşlı aktrisa müsahibə verərək "Ötən il beynəlxalq bölmədə münsiflərdən biri idim. Son 10 ildir Antalya Film Festivalında iştirak etmişəm. Bu il nə filmim var, nə də münsifəm. Utanmadan əlimi-qolumu sallayıb gəlmişəm" deyə bildirib.
 
Aktrisa həmçinin qeyd edib ki, primadonnalıqdan zövq alır, bu tip insanları razı salmaq çətindir, ona görə də hələ evlənmək barədə düşünmür.

Nəsrin Cavadzadə Antalya Film Festivalı və qırmızı xalça ilə bağlı suallara da cavab verib: "Məncə, qırmızı xalça çox vacibdir. Bütün dünya ulduzları, modelyerlər o günə hazırlaşır. Lakin niyəsə bizdə elə qayda yoxdur. Necə geyim istədiyimi dərzilərə izah edirəm, onlar hazırlayır. Saç və makiyajımı isə özüm edirəm".

Gülşən