Dünya 16:57 21.06.2018

Netanyahunun həyat yoldaşına 100 min dollarlıq korrupsiya ittihamı

İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu korrupsiyada ittiham edilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, Sara Netanyahu baş nazirin iqamətgahındakı ziyafətlər üçün ayrılan 100 min dollar dövlət pulunu təyinatı üzrə xərcləməyib. O, iqamətgahın aşpazı olmasına baxmayaraq bu iş üçün başqa aşpazlara yemək sifarişi verib.

Qeyd edək ki, Benyamin Netanyahuya qarşı da bir müddətdir rüşvətxorluq və korrupsiya ittihamları irəli sürülür.

Gülşən