İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Türkiyəni təhqir edib.

Qaynarinfo xəbər verir ki, Yair Netanyahu sosial şəbəkə hesabından ingiliscə Türkiyəni söyüb, lakin qısa müddət sonra "Instagram" hesabını bağlayıb. 

Qeyd edək ki, İsrail ötən günlərdə Qəzzada ABŞ səfirliyinin Qüdsə keçirilməsinə etiraz edən 62 fələstinlini öldürüb. Hadisəyə etiraz edən Türkiyə İsraildəki səfirini geri çağırıb və ölkədəki İsrail səfir və konsulunu geri göndərib. İsrail isə Türkiyədən idxal edilən kənd təsərrüfatı məhsullarına qadağa tətbiq etməyə başlayıb.

Gülşən