Xəbər lenti

Nəvaz Şərif, qızı və kürəkəni azadlığa buraxıldı
Dünya 17:39 19.09.2018

Nəvaz Şərif, qızı və kürəkəni azadlığa buraxıldı

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif, qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Səfdər azadlığa buraxılıb.

Qaynarinfo xəbər verir ki, keçmiş baş nazirin azad edilməsi üçün 500 min rupi (4 min dollar) girov ödənilib.

Qeyd edək ki, ötən il oktyabrın 19-da Pakistan məhkəməsi Nəvaz Şərif, qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Səfdərə qarşı korrupsiya ittihamı irəli sürüb. Bu ilin iyulunda Nəvaz Şərif 10, Məryəm Nəvaza 7 il müddətinə azadlıqdan məhrum edilib. O, vəzifədə olduğu müddətdə korrupsiya cinayəti törətməkdə günahkar bilinib.

Onu da qeyd edək ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013-2017-ci illərdə) Pakistanın baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində baş nazir vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra o, istefa verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->