İdman 18:23 30.01.2019

Neymar 10 həftə futbol oynamayacaq

PSJ-nin superulduzu Neymar ciddi zədə ilə üzləşib.
 
Qaynarinfo xəbər verir ki, "sambaçı" 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu haqda klub rəsmi məlumat yayıb. Məlumata görə sağ ayaq biləyindən zədələnən futbolçu əməliyyat olunmayacaq, əvəvzində 10 həftə oyunlarda forma geyə bilməyəcək. 
 
"Starsburq"la kubok matçında zədələnən futbolçu ÇL-in pley-off mərhələsində fevralın 12-si və martın 3-də "Mançester Yunayted"lə baş tutacaq hər iki görüşü buraxmalı olacaq. 
 
Bu mövsüm komandası ilə 23 matça çıxan 26 yaşlı futbolçu 20 qola, 10 məhsuldar ötürməyə imza atıb.