İdman 23:00 10.03.2018

Neymar "Barselona"ya dönmək istəyir

PSJ-nin ötən yay 222 milyon avroya transfer etdiyi Neymar "Barselona"ya dönmək istəyir. Qaynarinfo xəbər verir ki, bu barədə Kataloniya klubuna yaxınlığı ilə tanınan "El Mundo Deportivo" məlumat yayıb.

Qəzet iddia edir ki, adı bir müddətdi "Real"la yanaşı çəkilən braziliyalı əslində "Nou Kamp"a dönmək istəyir. Liqa 1-in səviyyəsindən razı olmayan Neymarın sabiq klubu ilə təmasa keçdiyi də bildirilir.

Artıq "Barselona"nın baş məşqçisi Ernesto Valverde bu xəbərə münasibət bildirib və təkzib edib: "Açığı bu xəbərlərin hardan qaynaqlandığını bilmirəm. İddialarla bağlı danışmaq istəmirəm".