İdman 11:33 08.08.2013

Neymar "Barselona"da ilk qolunu vurdu

"Barselona"nın futbolçusu Neymar yeni klubunda ilk qolunu vurub.

Bu, Kataloniya klubunun Taylandla oynadığı hazırlıq matçında baş verib.

"Barsa"nın 7:1 hesabı ilə qalib gəldiyi matçda ilk qolu 13-cü dəqiqədə Neymar vurub.
 
Qeyd edək ki, "Barselona" növbəti yoldaşlıq oyunu çərçivəsində şənbə günü Malaziya ilə qarşılaşacaq.

Qol.az