İdman 23:52 20.05.2018

Neymara daha bir təklif - 220 milyon

PSJ-nin formasını geyinən Neymara daha bir müştəri çıxıb.

Qaynarinfo xəbər verir ki, braziliyalı ulduzu "Mançester Yunayted" də heyətinə qatmaq istəyir. İngiltərə klubunun Neymar üçün PSJ-yə 220 milyon avro təklif etmək niyyətində olduğu deyilir.

Qeyd edək ki, PSJ Neymarı ötən mövsüm "Barselona"dan 222 milyon avroya alıb. Braziliyalı ulduzu "Real" da heyətinə qatmaq istəyir.