Ölkə 12:22 22.07.2013

Nicat Dağların Almaniyaya gedəcəyi vaxt dəqiqləşdi

Nicat Dağların Almaniyaya gedəcəyi vaxt dəqiqləşdi. 

Bu barədə Lent.az-a jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova məlumat verib. Onun sözlərinə əsasən Nicat iyulun 25-dən 26-sına keçən gecə Bakı Beynəlxalq hava limanından Bakı-Frankfurt birbaşa reysilə Almaniyaya uçacaq. Orda onları Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndəliyi qarşılayacaq.

Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin müalicəsi Almaniyadakı qan xəstəlikləri üzrə ixtisaslaşmış xəstəxanada aparılacaq. Jurnalistin müalicəsi üçün bütün xərcləri dövlət ödəyəcək.

Qaynar.info