Dünya 12:23 19.07.2019

Niderland Srebrenitsa qətliamında günahkar elan edildi

Niderland Ali Məhkəməsi niderlandlıların Srebrenitsa qətliamında qismən günahkar olduğunu elan edib. 

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, Srebrenitsa qətliamında öldürülən 300 qurbanın ailəsi Niderlandı ilk dəfə 2007-ci ildə məhkəməyə verib. Həlak olan 300 müsəlman kişi qətlə yetirilmə təhlükəsinə baxmayaraq 13 iyul 1995-ci ildə BMT bazasından xaric edilib.

Qeyd edək ki, 1995-ci ilin iyul ayında bosniyalı serblər 8 min müsəlmanı qətlə yetirərək Srebrenitsa qətliamını törədib.

Gülşən