Video 11:05 08.01.2018

Nigar Camal nüfuzlu mərasimdə çətin anlar yaşadı (VİDEO)

Müğənni Nigar Camal ATV-də yayımlanan "Uğur” milli mükafatının təqdimat mərasimində çətin anlar yaşayıb. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, müğənni "Uğur” milli mükafatının təqdim edilməsi üçün dondurma şirkətinin adını demək istəyərkən qəfildən gülməyə başlayıb. 

Nigar Camalın özünü saxlaya bilməyərək niyə güldüyünü isə heç kim başa düşməyib. 

Daha sonra müğənni həmin anın videosunu İnstagram səhifəsində paylaşaraq niyə güldüyünə aydınlıq gətirib. 

"Kaş Eldara baxmazdım. Eldar səhnənin arxasında durmuşdu. Zarafatca göstərirdi ki, guya dondurmanı yeyir. Özümü güclə saxladım ki, gülməyim. Amma təqdim edəcəyim şirkət dondurma şirkəti idi. Həm də şirkətin adı mənim soyadım "Jamal", vsyo, öldüm.(şirketin adı – deyəndə səsini kəsiblər)”, - deyə Nigar Camal bildirib.