Video 12:10 03.12.2017

Nigar Camalı görənlər tanıya bilmədi (VİDEO)

Əməkdar artist Aygün Bəylərin imicində dəyişiklik etməsi ilə yenidən gündəmə gələn tanınmış stilist Anar Ağakişiyev yeni layihəyə start verib.

Qaynarinfo primtime.az-a istinadən xəbər verir ki, o, izləyicilərinin çoxsaylı istəklərini nəzərə alaraq ayda yaxud həftədə bir tanınmış simanın imicini dəyişmək qərarına gəlib.

Stlist layihəsinin ilk dəyişiminə "Eurovision 2011”in qalibi Nigar Camalla start verib.

A.Ağakişiyev 37 yaşlı ulduzun neçə illərdir istifadə etdiyi sarı rəngli saçlarını tündləşdirib.

Yeni imicində tamamilə dəyişən müğənnini görənlər tanıya bilməyib. Bəziləri onun yeni imicini bəyənsə də, digərləri yaraşmadığını qeyd edib.