Dünya 15:47 17.06.2018

Nigeriyada iki partlayış: 31 nəfər öldü

Nigeriyanın ardıcıl iki terror aktı törədilib.

Qaynarinfo xəbər verir ki, ölkənin şimal-şərqində baş verən iki partlayış nəticəsində azı 31 nəfər ölüb. Bu barədə alq könüllülərinin lideri Babakuru Kolo məlumat verib. 

Bildirib ki, hadisə gecə saatlarında Damboa şəhərində baş verib. İki kamikadzenin hücumu və tank əleyhinə qumbaraların partladılması nəticəsində 31 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Terror aktının radikal "Boko Haram" qruplaşmasının törətdiyi ehtimal edilir.