Dünya 13:41 16.06.2019

Nigeriyada kəndlərə hücum edildi, çox sayda insan öldürüldü

Nigeriyanın Zamfara əyalətinin Kvallido, Tunqar Kahau və Qidan Vava kəndlərində fermerler motosikletlə gələn silahlı şəxslərin hücumuna məruz qalıb.

Qaynarinfo xəbər verir ki, hücum 35 nəfərin ölümü, çox sayda insanın yaralanması ilə nəticələnib. 

Qeyd edək ki, Nigeriyada silahlı qruplaşmalar tez-tez hücumlar təşkil edərək əhalini öldürür və qarət edirlər. Hadisələrə görə bəzi ərazilərdə motosikletlər qadağan edilib.

Gülşən