Dünya 15:37 17.06.2019

Nigeriyada terror hücumu: 30 ölü, 45 yaralı var

Qərbi Afrika ölkəsi Nigeriyanın şimal-şərqində terror aktı törədilib.

Qaynarinfo xəbər verir ki, ötən gecə Mandarari kəndində Boko Haram terror təşkilatı tərəfindən törədilən hücum 30 nəfərin ölümü, 45 nəfərin yaralanması ilə nəticələnib. 

Qeyd edək ki, Boko Haram terror qrupu 2000-ci illərdən Nigeriyada fəaliyyət göstərir.

Gülşən