Dünya 13:07 23.01.2018

Nik Karter: "Rusiya hər an hücuma keçə bilər"

"Suriya müharibəsi Rusiyanın xeyrinə oldu".

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi Nik Karter deyib. O, Rusiyanın Suriya müharibəsində həm müharibə təcrübəsini artırdığını, həm də uzaqmənzilli raketlərini sınaqdan keçirdiyini söyləyib.

Karter Rusiyanın ciddi təhlükəyə çevrildiyini, özlərinin onlardan geri qaldıqlarını və inkişafda onların səviyyəsinə çatmalı olduqlarını dilə gətirib: "Əgər yaxın zamanda onlarla eyni səviyyədə ola bilməsək, Britaniyanın qabaqlayıcı hücum və təhdidlərə cavab vermə qabiliyyəti erroziyaya məruz qalacaq".

Karter həmçinin Rusiyanın gözləniləndən daha tez hərbi əməliyyatlara başlaya biləcəyindən ehtiyat etdiyini də vurğulayıb: "Biz Soyuq müharibə illərindən sonra sadəcə seçilmiş müharibələrdə iştirak etməyə öyrəşmişik. Amma Rusiya ilə münaqişə məsələsində seçim haqqımız olmaya bilər. Troçkinin "Siz müharibə ilə maraqlanmaya bilərsiniz, amma müharibə sizinlə maraqlanır" fikrini unutmamalıyıq".