Ölkə 18:16 19.06.2019

Nikah və boşanmaların statistikası açıqlandı

Azərbaycanda bu ilin ilk dörd ayında qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, qeydiyyat şöbələri tərəfindən 18273 nikah və 5562 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olub.