Siyasət 13:52 28.10.2018

Nikol Paşinyan: "ABŞ silahlarını ala bilərik"

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-dan silah ala biləcəklərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ABŞ dövlət təhlükəsizliyi üzrə müşavir Con Boltonun ötən günlərdə Ermənistana baş tutan səfəri zamanı Paşinyana Rusiya silahları əvəzinə ABŞ silahlarını almaq təklif edib. Ötən ilin dekabrında Rusiya silah alışı üçün Ermənistana 100 milyon dollarlıq kredit ayırmışdı. 2016-cı ildə isə bu məbləğ 200 milyon dollar olmuşdu. 

Gülşən