Siyasət 13:46 22.11.2019

“Nikol Paşinyan əsir götürülüb” - Sensasion iddia

"Nikol Paşinyan əsir götürülüb. Sorosçular əsir götürüblər. Onlar baş nazirə öz iradələrini diktə edir və onu cəfəngiyyat danışmağa vadar edirlər”.

Bunu "VETO” erməni ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan Facebook-da canlı yayımda deyib.

Baş nazirin erməni transgender- ağırlıqqaldıran Mel Daluzyanla bağlı dediyi "o mənim şəxsi nəzarətim altındadır” sözlərinə münasibət bildirən Narek Malyan bildirib: "...Paşinyanın Daluzyanı kimdən qoruduğu sual doğurur, çünki heç kimin onunla problemi yoxdur. Bütün bunları nəzərə alaraq, Paşinyanın əsir götürüldüyü qənaətinə gəldik. Sorosçular əsir götürüblər. Öz iradələrini baş nazirə diktə edir və onu cəfəngiyyat danışmağa məcbur edirlər. Məsələn, "Daluzyanı öz himayənə götür və məqsədəuyğun olmayan mənasız şeylər söylə”. Nikol Paşinyanı anti-milli gündəliyin icra mərhələsinə girməyə məcbur edirlər”.

O, həmçinin bildirib ki, noyabrın 20-də Açıq Cəmiyyət Fondu ofisinin qarşısında "Nikol Paşinyana azadlıq" şüarı altında aksiya keçiriləcək: "Biz onun sərbəst buraxılmasını tələb edəcəyik. Çünki hesab edirik ki, baş naziri Sorosun, xarici kəşfiyyat şəbəkəsinin  caynağından qurtarmaq lazımdır. Biz hesab edirik ki, ayıq, adekvat bir insan bu cür açıqlamalar verə bilməz. Sadəcə alnına silah dirəyir və deyirlər ki, axmaqla, o da danışır”.