Ölkə 12:23 12.07.2018

Nisə Qasımovaya ağır itki üz verib

Xalq artisti Nisə Qasımovanın qardaşı vəfat edib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, 78 yaşlı Ələkbər Qasımov uzun sürən xəstəlikdən sonra iyulun 11-də dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Qasımov xalq artistinin dünyasını dəyişən üçüncü qardaşıdır. Sənətçinin hazırda bir bacısı var.