Dünya 16:35 07.02.2019

Norveç təyyarəsində bomba həyəcanı

Norveç Hava Yollarına aid sərnişin təyyarəsi təcili eniş edib.

Qaynarinfo xəbər verir ki, Fransanın Nis şəhərinə doğru hərəkət edən və 169 sərnişini daşıyan "Boeing 737" təyyarəsi İsveçin paytaxtı Stokholmda enib. Səfərin təxirə salınmasına səbəb bomba həyəcanı olub. Arlanda Hava Limanına eniş edən təyyarəni polis və təcili tibbi yardım qrupu gözləyib. 

Gülşən