Ekonomiks 10:36 20.06.2019

Novruz Məmmədov bu şəxslərin maaşlarını artırdı - 9 manat

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları və "Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir.