Maqazin 19:43 14.11.2019

Noyabr ayı üçün ən çox gözlənilən filmlər

Qaynarinfo noyabr ayı üçün ən çox gözlənilən filmlərin siyahısını sizə təqdim edir:

"Aporia" filmi

Rejissoru və ssenaristi tanınmış sima Rec Rəvan olan "Aporia" filmi, Azərbaycandan dünyaya çıxan yeganə filmdir. Amerika və Türkiyədə də nümayiş olunan filmin, Azərbaycan, Türk və İngilis dilində versiyaları var. Aksiyon janrında olan filmin nümayişi Azərbaycan üçün 22 noyabrdan olacağı açıqlanıb.

"Qış nağlı"

Cəfər Axundzadənin çəkdiyi bu film Qəbələdə lentə alınıb. Komediya janrda olan "Qış nağlı" filmi 28 noyabrdan işıq üzü görəcəyi gözlənilir.

"Bir zamanlar Şəkidə"

Filmin rejissoru Orxan Bayramovdur. "Bir zamanlar Şəkidə" filmi 2 il öncə Azərbaycanda "The game” adı ilə yayımlansa da, indi türkçəyə tərcümə edilərək, yenidən yayınlanmağa başlayıb.