NRYTN inhisarçılıq edib: Nazirliklə bağlı məcburi qərar qəbul edildi

NRYTN inhisarçılıq edib: Nazirliklə bağlı məcburi qərar qəbul edildi

Antiinhisar Dövlət Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün icrası məcburi olan daha bir qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu haqda ekspert Osman Gündüz məlumat verib. O, qeyd edib ki, səlahiyyətli dövlət qurumları nəhayət Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçılığının qarşısnı almaq məqsədilə konkret addımlar atmağa başlayıb: 

"Bu günlərdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti özəl provayderlərin, o cümlədən mobil operatorlar, AzerTelecom və digərlərinin Baktelekoma (Bakı Telefon Rabitəsi MMC) qarşı iddiasını araşdırıb. 

Adı çəkilən qurumlar Baktelekom tərəfindən antiinhisar qanunvericiliyin tələblərinin pozulmasından, haqsız rəqabətə yol verilməsindən , kabel-kanal sistemindən istifadəyə məqsədyönlü olaraq şərait yaradılmamasından Antiinhisar Dövlət Xidmətinə müraciət ediblər.

Gizli deyil ki, uzun müddətdir NRYTN heç bir özəl provayderi və operatoru dövlətə məxsus olan kabel-kanal sisteminən istifadəyə yaxın buraxmır.

Nazirlik kabel-kanal sistemində sıxlq olduğunu və bu səbəbdən xətlərin yalnız icarəyə verə biləcəyini bildirirdi. 

Provaydrelər isə bunun səmərəli olmadığnı, icarə haqlarının hədsiz yüksək olduğunu, təhlükəsizlik baxımından məqəsədəuyğun olmadığını əsas gətirərək özəl xətlərin çəkilməsində israr edirdilər. Dövlətə məxsus olan bu resursdan istifadə ilə bağlı Qaydalar indiyədək də hazırlanmayıb.

Nazirlik 3 il olardı ki, özəl provayderlərdən daxil olan bütün müraciətlərə, texniki imkanın olmaması, kabel-kanal sistemində sıxlığın olmasını əsas gətirərək rədd cavabı verirdi.

Özəl provayderlər isə bunun qəsdən edildiyini, kabel-kanal sistemində imkanların mövcud olduğunu, rədd cavabının haqsız rəqabət məqsədilə, dövlət operatorları olan Baktelekom-un və Aztelekom-un bazarda üstünlük qazanmaq üçün edildiyini bildirirdilər. Onlar kabel-kanal sisteminə birgə baxış keçirilməsini, hətta imkanların olmadığı sahələrdə birgə investisiya yatırımı təklif edirdilər.

Kabel –kanal sistemi NRYTN tabeliyində olan Baktelekom və Aztelekom operatorlarına məxsusdur.

Beləliklə, cari ayın əvvəli Antiinhisar Dövlət Xidməti daxil olan müraciətləri araşdırararq , Haqsız rəqabət haqqında qanunun, Telekommunikasiya haqqında qanunun, antiinhisar qanunvericiliyin tələblərini əsas tutaraq NRYTN üçün icrası məcburi olan qərar qəbul edib. 

Qərarda Bakı şəhəri üzrə bəlli ərazilərdə kabel-kanal sisteminə ekspertiza-baxış keçirilməsi, şəraitin olduğu yerlərdə sistemdən istifadə üçün dərhal imkanların yaradılması, şəratin olmadığı iddia olunan ərazilərdə isə bunun səbəbləri haqqında, kabel-kanal sisteminin gücü və mövcud durumu haqında Antiinhisar qurumuna əsaslandırılmış məlumat verilməlidir.

Beləliklə, Antiinhisar Dövlət Xidməti 3 il ərzində özəllər üçün bağlı olan rabitə quyularının qapağının açılması haqqında qərar verib.

Ümid edirəm NRYTN tezliklə bunu icra edəcək, dövlət və özəl provayderlərin bu kabel-kanal sistemindən bərabər əsaslarla istifadəsi üçün Qaydalar müəyyən edəcək və haqsız rəqabətə yol verməyəcək.

Məlum olduğu kimi bir müddət öncə Antiinhisar qurumu Bakcell şirkətinin də müraciəti əsasında NRYTN –nin antiinhisar qanunvericiliyin tələblərini pozmasını araşdırmış və Bakcell-ə nömrə resursları (099 kodu) ayrılmasına dair NRYTN üçün icrası məcburi olan qərar qəbul etmişdi”.
XƏBƏRLƏR
BLOGLAR