İdman 11:30 01.02.2019

Nurməhəmmədov və Makreqorun revanş döyüşünün şərtləri açıqlandı

UFC prezidenti Dane Uayt rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında baş tuta biləcək ikinci döyüşün şərtlərini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bu döyüşdən öncə hər iki döyüşçünün digər rəqiblərilə rinqə çıxmalı olduğunu deyib. UFC rəhbəri amerikalı Donald Serronu Makqreqora, digər amerikalı döyüşçü Toni Ferqusonu isə Nurməhəmmədova uyğun rəqib kimi görür.

"Bu iki döyüş baş tutduqdan sonra Nurməhəmmədovla Makqreqorun revanşı mümkün olacaq", - deyə Dane Uayt bildirib.

Qeyd edək ki, Həbiblə Konor arasında daha əvvəl baş tutan döyüş Nurməhəmmədovun qələbəsi ilə başa çatmış, daha sonra o, rinqdən çıxaraq Makqreqorun komandasının üzvlərinə hücum çəkmişdi. Bu səbəbdən Həbib 9 ay müddətinə döyüşlərdən diskvalifikasiya olunub və yarım milyon dollar məbləğində cərimələnib, Konor isə uyğunsuz davranışlarına görə 6 aylıq diskvalifikasiya edilib və 50 min dollar cərimələnib.