Dünya 17:17 19.03.2019

Nursultan Nazarbayev istefa verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.

Qaynarinfo xəbər verir ki, bunu dövlət başçısı martın 19-da xalqa müraciətində bildirib. 
 
"Mən prezident kimi öz səlahiyyətlərimdən imtina etmək qərarı verdim”, - deyə Nazarbayev deyib.

O, 1990-cı ildən Qazaxıstana rəhbərlik edirdi.