Video 14:59 26.03.2018

Nüşabə Ələsgərlidən həmkarlarına sərt ismarıc (VİDEO)

ARB TV-nin "Kimi tapdın sən?” proqramının növbəti qonağı müğənni Nüşabə Ələsgərli olub.

Qaynarinfo xəbər verir ki, müğənni ulduz xəstəliyinə yoluxanlarda baş tutan dəyişiklikləri izah edib:

"İnsanda dəyişikliklər olur. Əvvəlcə utana-utana gəlib məşhurlara deyirlər ki, olar sizinlə şəkil çəkdirək? Bir mahnısı çıxandan sonra gəlib salam verir. İkinci mahnısından da sonra gəlir və gözləyir ki, ona salam versinlər. Üçüncü mahnısından sonra da bu insan görünmür”.