Ekonomiks 12:46 02.07.2014

“Nutrillak" uşaq qidaları ilə bağlı daha bir İDDİA

Azərbaycanda son illər uşaq qidaları ilə bağlı problemli vəziyyət yaranıb. 

Bir müddət əvvəl “Aptamil” uşaq qidalarında da GMO aşkarlandığı barədə Türkiyə mətbuatı da yazmışdı. 

Məlumat Türkiyənin Kənd təsərrüfatı Nazirliyinin apardığı araşdırma nəticəsində təsbit edilimişdi. 

Ankara Yoxlama Laboratoriyası bu məhsulların satışdan çıxarılması üçün 80 şəhərə yazılı təlimat göndərildiyini açıqlamışdı. 

“Aptamil” uşaq qidaları Azərbaycan bazarında da geniş yayıldığından bu məlumat ölkədə təşvişə səbəb oldu. 

Məsələ o qədər ciddi xarakter aldı ki, hətta Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev “Aptamil” uşaq qidalarında GMO aşkarlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi. Amma bu məsələ ilə bağlı geniş araşdırmalar aparılmadı. 

Bu gün Qaynar.info-ya daxil olan digər bir məlumat “Nutritek” şirkətinin məhsulu sayılan “Nutrillak" uşaq qidaları ilə bağlıdır. 

Məlumatda bildirilir ki, Rusiya istehsalı olan bu məhsulları Azərbaycanda satan “Nutritek” şirkəti dəfələrlə qalmaqalla üz-üzə qalıb. Hətta mənbə uşaqların bir neçə dəfə bu yeməklərdən zəhərləndiyini də iddia edib.

Ən başlıca məsələ Rusiyada olan bu zavodun rəhbərliyi ilə bağlıdır. Belə ki, zavodun rəhbərliyində (idarə heyətində) iki erməninin təmsil olunduğu iddia edilir. Həmin şəxslərdən birinin Davidyan olduğu və bu şəxsin də erməni diasporunun ən aktiv üzlərindən biri kimi diasporaya vaxtaşırı maliyyə yardımı göstərildiyi vurğulanır.  

Mövzu ilə bağlı “Nutritek” şirkətinin Azərbaycan təmsilçiləri ilə əlaqə saxladıq. Şirkət rəhbərliyindən Vüqar Hüseynov bu iddialarla razılşamadığını, bunun bazardakı rəqiblərinin onlara qarşı "qara piarı" kimi qiymətləndirdi: "Bu zavodda heç bir erməni çalışmır. "Nutritek” şirkətinin "Malış"la heç bir bağlılığı yoxdur. Biz bunu "İnfaprim" zavodundan alırıq. Bu, bazardakı rəqiblərimizin ortaya atdığı yanlış informasiyalardı. Bilirlər ki, cəmiyyətdə uşaq yeməkləri ilə bağlı məsələyə istənilən halda həssas yanaşılır, ona görə də vaxtaşırı ortaya belə qərəzli məlumatlar atırlar".

"Zəhərlənmələrlə bağlı məsələyə gəldikdə, bununla bağlı hər hansı fakt varsa ortaya çıxarılmalıdır. Bütün bunlar həqiqəti əks etdirmir", - deyə V.Hüseynov daha sonra bildirdi.  

Qaynar.info