Ölkə 16:41 06.05.2013

Növbə hansı "yan"ındır?

Üzeyir Cəfərov

Fevralın 18-də Ermənistanda növbəti seçkiyə bənzər bir şeykeçirildi. Bu dəfə bədnam qonşular özlərinə növbəti illər üçün prezidentseçirdilər. Əslində, burda seçki sözü o qədər də uğurlu bir ifadəsayıla bilməz. Moskvadakı ağalarının məsləhəti ilə növbəti şou-tamaşaoynanıldı.


Köhnə-təzə prezident Serj Sarkisyanyenidən vəzifələrinin icrasına başladı. Aydın məsələ idi ki, bu şəxsyenə də öz adı yeni, əslində isə köhnə komandasında əvvəlki adamlarımüvafiq vəzifələrə təyin edəcəkdi. Xırda istisnalarla, Sarkisyanınböyür-başında olmuş əvvəlki nazir və komitə sədrləri öz vəzifələrindəqaldılar. Onlardan biri də xarici işlər naziri Edvard Nalbəndyan idi.Gəlin baxaq gör bu “ağıllı” siyasətçi hansı hoqqalardan çıxmağa çalışır.

Birneçə gün əvvəl mətbuatda xəbər yayıldı ki, bəs Ermənistanın xaricisiyasət idarəsinin rəhbəri Dağlıq Qarabağa gəlir. Bu xəbəri eşidəndə,əvvəlcə fikirləşdim ki, qeyri-dəqiq  informasiyadır. Gerçəkliyinibiləndən sonra başa düşdüm ki, Ermənistan başbilənləri nə etdiklərinin,nə etmək istədiklərinin fərqinə varmırlar.

Axıadını müstəqil dövlətlər sırasında təsdiq etməyə  çalışan, əslində isəbütün varlığı Rusiyadan asılı vəziyyətdə olan ölkənin atdığı addımlarelə tənzimlənməlidir ki, narazılıq və ya narahatlıq yaratmasın. Bədnamqonşularımızın son vaxtlar etdikləri və ya etməyə cəhd göstərdiklərihərəkətlər (Xocalı aeroportundan istifadəyə cəhd, qeyri millətlərdən vədövlətlərdən olan şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşması vəs.)  onu deməyə əsas verir ki, bu adamlar Azərbaycan xalqının əsəbləriilə oynamaqda tam israrlıdırlar.

Axı Nalbəndyanvə digər “yan”ların Azərbaycan ərazisində nə itləri azıb? Niyəbeynəlxalq hüquq normalarına məhəl qoymadan az qala hər ay başqa birdövlətin ərazisinə soxulur və bununla öz işğalçı simalarını dünyaya birdaha bəyan edirlər. Gah ermənilərin müdafiə nazırı, əli Qarabağdayaşayan azərbaycanlıların qanına batmış Seyran Ohanyan, gah bədnam SerjSarkisyanın özü, indi də xarici işlər idarəsinin rəhbəri açıq şəkildəbütün beynəlxalq normalara sayğısıqlıq göstərərək belə addım atırlar.

Dünyadövlətləri, xüsusən də ATƏT-in Minsk qrupu adlı məlum bivec qurumu isəağızına su alıb bu anormallığı seyr edir. Biz hamımız yaxşı başa düşürükki, ortada erməni həyasızlığına şərait yaradan bir xristianhəmrəyliyini nümayiş etdirilir. Bu  məqamı bizim rəsmilər açıq şəkildəqeyd etməsələr də, bəzən məcburiyyət qarşısında qalanda söyləyirlər.Beynəlxalq diplomatik etikaya uyğun olaraq, biz bəzən istəmirik ki,hansısa diplomat bizim istifadə etdiyimiz sözlərdən incik düşsün. Amma,onlar da gözəl başa düşürlər ki, Ermənistan rəsmilərinin özlərini belədikbaş aparmaları bizim tərəfimizdən heç cür normal qarşılana bilməz.

EdvardNalbəndyanın işğal altındakı Azərbaycan ərazilərinə səfəri onunMoskvaya etdiyi səfərdən dərhal sonra baş tutdu. Demək, bu cənab eləbelə, sıradan tapşırıqla Xankəndinə getməyib. Mayın 2-də E.Nalbəndyanqondarma “DQR xarici işlər naziri” Karen Mirzoyanla görüşüb.

GörüşdəDağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki indiki situasiyailə bağlı müzakirələr aparılıb, həmçinin “digər aktual məsələlər”müzakirə edilib.  Bax, səfərin ən vacib məqamı da məhz bu “digər aktualməsələlər”dir. Dünyanın heç bir dövləti tərəfindən, o cümlədən eləErmənistan  tərəfindən belə tanınmamış bir qondarma qurumla formal daolsa BMT üzvü olan İrəvan arasında hansı xarici siyasət sahəsindəqarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyi  müzakirə olunabilər?

Ermənistan xarici işlər naziri ötənhəftə Rusiyada səfərdə olarkən  Dağlıq Qarabağ münaqişəsininmemarlarından olan həmkarı Sergey Lavrovdan müəyyən tapşırıq vətəlimatlar alıb. Çünki, qarşıda, mayın 14-də Polşanın Krakov şəhərindəAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir mənasız vəperspektivsiz görüşü razılaşdırılıb. Uzun illərdir ki, guya  KremlQarabağa dair hansısa yeni təklif irəli sürür. Bu təkliflər isə sırfErmənistan maraqlarına xidmət edən təkliflərdir desək, yanılmarıq.

Birvacib məqamı da, unutmayaq ki, Ermənistan, erməni lobbisi son zamanlarxaricdə “DQR”in tanınması yönündə təbliğat xarakterli fəaliyyətlərinixeyli gücləndiriblər. Təkcə bir faktı qeyd edim ki, bu günlərdə AvropaParlamentinin bir neçə üzvü Ermənistanın təşkilatçılığı ilə DağlıqQarabağda olublar. Əgər artıq avropalılar da bizim işğal altında olanərazilərimizə sərbəst, heç bir icazə filan almadan gedirlərsə, bu çoxnarahatedici məqamdır. Xankəndinə  belə irili-xırdalı “işgüzarsəfər”lər, kim bilir, bir gün bizi şoka salacaq fakt qarşısında qoyabilər. Regionda “DQR” adlı yeni bir erməni dövləti peyda ola bilər.Nəzəri baxımdan asan görünən bu məsələ praktiki cəhətdən çox çətin vəbəlkə də mürəkkəbdir. Amma belə bir təhlükə tam istisna deyil.

Beynəlxalqmünasibətlər sistemindən xəbəri olmayan, yaxud da bunu bilərəkdən edənbəzi xarici ölkələrin deputatları, iş adamları siyasi kampaniya xatirinəerməni diasporu tərəfindən diktə olunan məram, məqsədləri həyatakeçirirlər. Bütün dünya üzrə erməni icması isə öz müvafiq imkanlarındanvə təzyiq vasitələrindən istifadə edərək, çoxlu sayda şəxsləri DağlıqQarabağa səfərə getməyə vadar edirlər. Erməni diasporu belə məqamlarlamanipulyasiya edir, sonra da səfərlər haqda informasiyalardan təbliğatməqsədilə yararlanır.

Elə Edvard Nalbəndyanınişğal altındakı Azərbaycan ərazilərinə mayın 2-də etdiyi səfər də, birnöv həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə meydan oxumaqkimi başa düşülməlidir. Şəxsən, mən dəfələrlə qeyd etmişəm ki,Azərbaycan rəsmiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm Ermənistan,həm də bu münaqişəni tənzimləməyi üzərinə götürmüş ATƏT qarşısındakonkret vaxt göstərməlidir ki, əgər bədnam qonşular bu təklifi qəbuletməzlərsə, onda onlara qarşı güc tətbiq ediləcəyi açıq şəkildə bəyanedilsin. Buna Azərbaycanın həm mənəvi, həm də hüquqi haqqı çatır. Yeganətələb olunan isə, siyasi iradənin və qərarın olmasıdır.