Dünya 14:00 07.12.2017

Türkiyədə növbəti əməliyyat: 39 nəfər həbs olunur

Türkiyənin İstanbul şəhərində yaşayan və FETÖ-ya üzv olmaqda ittiham edilən 39 nəfər barədə həbs qərarı verilib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında müəllim və həkimlərin də olduğu şəxslərin həbs edilməsi üçün 8 vilayətdə əməliyyat keçirilib. Artıq 17 nəfərin həbs edildiyi bildirilir. 

Bu şəxslər gizli əlaqə proqramı olan "Bylock"dan istifadədə ittiham olunurlar.

Həbs edilən şəxslər tibbi yoxlanışdan keçiriləndən sonra İstanbul Terrorla Mübarizə Şöbəsinə aparılıblar.

Gülşən