ABŞ-ın Nyu York şəhərində bir qrup insan səfirliyin Tel-Əvivdən Qüds şəhərinə köçürülməsinə və Qəzzada çox sayda fələstinlinin öldürülməsinə etiraz ediblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, dünən Qəzzada təşkil edilən nümayişdə 55 fələstinli öldürülüb, 2271 nəfər yaralanıb. 

Nyu York nümayişində fələstinlilərlə birlikdə yəhudilər də iştirak edib.

Qeyd edək ki, 6 dekabr 2017-ci ildə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etdi və səfirliyin bu şəhərə köçürüləcəyini vəd verdi. Dünən isə Trampın qızı İvanka Tramp, kürəkəni Cared Kuşner və bir çox rəsminin iştirakı ilə səfirliyin açılışı həyata keçirildi.

Gülşən