Dünya 11:21 04.09.2013

O adam özünü asdı

ABŞ-da 3 qadını qaçıran və 10 həmin qadınlara təcavüz edən Ariel Kastro həbsxanada ölüb. 

Qaynar.info xəbər verir ki, Orient həbsxanasının rəsmiləri 53 yaşlı Kastronun saxlanıldığı kamerada özünü asaraq intihar etdiyini deyiblər. 

Qeyd edək ki, avqustun 1-də keçirilən məhkəmə zamanı 2002-2004-cü illərdə qaçırdığı iki qadına dəfələrlə təcavüz edən Kastroya ömürlük azadlıqdan məhrumetmə cəzası verilmişdi. Kastro əvvəllər də başqa qadın və uşaqlara qarşı çoxsaylı təcavüzdə ittiham olunaraq cəzası 1000 min  daha artırılmışdı. 

Qaynar.info