Ölkə 12:30 15.08.2013

O kapitan azərbaycanlı imiş! - VİDEO

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı ortaya maraqlı məqam çıxıb. 

Qaynar.info rus mətbuatına istinadən xəbər verir ki, Bakı buxtasında lövbər salan "Dağıstan" raket gəmisinin kapitanı milliyətcə azərbaycanlı olduğu məlum olub. 

Bu barədə Rusiyanın "Birinci" kanalı məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev danışıqların yekununda Rusiyanın “Dağıstan” raket gəmisinin göyərtəsində olublar.

Prezidentlər limana eyni avtomobilə gəliblər. Onlar Rusiyanın Xəzər donanmasının, eləcə də, Azərbaycan Hərbi Dəniz Donanmasının komandanlarının raportlarını dinləyiblər. Bundan sonra Vladimir Putin və İlham Əliyev “Dağıstan” gəmisinin göyərtəsinə qalxıblar. Gəminin komandiri prezidentlərə gəminin taktiki-texniki xarakteristikası, eləcə də, silahları barədə məlumat verib.

Qaynar.info