Video 17:17 27.01.2019

“O ses Türkiye”dəki sonuncu azərbaycanlı da mübarizəni dayandırdı (VİDEO)

Türkiyənin "TV8” telekanalında yayımlanan "O ses Türkiye” mahnı müsabiqəsində sona yaxınlaşılır.

Ötən gecə baş tutan yarımfinal mərhələsi zamanı yarışmada qalan son azərbaycanlı iştiakçı da mübarizəni dayandırıb.

Söhbət Naz Dejdən gedir. O, səhnədə "İsyan” mahnısını səsləndirib. Lakin həmyerlimiz SMS səsverməsində uduzub və finala çıxa bilməyib.

Qeyd edək ki, cari mövsüm "O ses Türkiye”nin ilk mərhələsində İlyas Vəkilov (Murat Boz), Azər Həsənov (Murat Boz), Naz Dej (Murat Boz), Mina Hüseyn (Seda Sayan) kimi azərbaycanlı iştirakçılar çıxış edərək növbəti mərhələyə adlamışdı. (Primetime.az)