Dünya 12:30 24.09.2013

Obama arvadından qorxub ondan əl çəkdi


ABŞ prezidenti Barak Obama etiraf edib ki, artıq bir neçə ildir siqaret çəkmir.
Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Barak Obama gülümsəyərək, bu pis vərdişi Mişel Obamanın qorxusundan unutduğunu deyib.

Qeyd edək ki, 2008-ci ildə ABŞ prezidenti postuna ilk seçki kampaniyası dövründə “Obama siqaret çəkir”, - deyə şayiələr yayılmışdı. 2009-ci ildə, artıq prezident olaraq, o etiraf edib ki, zərərli vərdişilə hələ də mübarizə aparır və öz ailəsinin yanında belə siqaret çəkmir. Birinci xanım Mişel Obama isə, prezidenti qızları Saşa və Maliya siqareti atmağa vadar etdiyini deyib.

Qaynar.info