Dünya 14:26 29.04.2013

Obama filmə çəkilir

Amerika prezidenti Barak Obama Ağ Evin jurnalistləri üçün keçirilən ənənəvi şam yeməyində zarafat etmək qərarına gəlib.

ANS PRESS-in verdiyi məlumata görə, jurnalistlərlə bərabər bir çox Hollivud kino ulduzlarının da qatıldığı tədbirdə Obama məşhur rejissor Stiven Spilberqin onun haqda film çəkəcəyini deyib. 

Ona təəccüblə qulaq asan auditoriyaya dediklərini sübut etmək üçün elə Spilberqin özünün də iştirak etdiyi videoklip qonaqlara təqdim edilib. Rejissor videolentdə filmlə bağlı yaradıcı planlarını, fikirlərini, hətta baş rola çəkiləcək aktyorun adını da açıqlayıb. 

Qeyd edək ki, bu videonu Ağ Ev internetdə yayıb.

Qaynar.info