Dünya 11:59 30.04.2013

Obama və Putindən terror razılaşması

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Kremldən verilən açıqlamada Obama və Putinin Boston marafonundakı partlayışı müzakirə etdikləri, terrorla mübarizə sahəsində təhlükəsizlik qurumları arasındakı əməkdaşlığı gücləndirmək məsələsində razılığa gəldikləri bildirilib.

Rusya prezidentinin müşaviri Yuri Uşakov Obamanın Putinə zəng vurduğunu və söhbətdə Bostondakı son terror aktı nəzərə alınarak əməkdaşlıq probleminə toxunulduğunu bildirib. Uşakov eyni zamanda Rusiyanın Soçidə keçirəcəyi 2014-cü il Qış Olimpiya Oyunlarında təhlükəsizliyin təmin olunması məsələsinin üzərində də durulduğunu deyib.

Qaynar.info