Dünya 21:07 01.09.2013

Obamadan, “Əsədin işi bitdi” pozası - FOTO

ABŞ rəhbəri növbəti dəfə verdiyi pozla dünyanın gündəminə gəlib
ABŞ prezidenti Barak Obamanın Oval ofisdə telefonla danışarkən çəkilmiş foto şəkil virtual dünyada sürətlə yayılıb.
Bəzi xəbər saytları bu şəklin Obamanın Suriya hərbi müdaxilə planları barədə göstəriş verərkən çəkildiyini iddia edib. Şəkildə ayağını masanın üstünə qoyan ABŞ prezidenti sağ əlini tapança kimi tutub. Şəkildə Barak Obamanın yaşlı müş.aviri Co Bayden də görünür.
ABŞ prezidenti Barak Obamanın daha əvvəl də sosial şəbəkələrdə və xəbər portallarında qeyri-adi foto-şəkilləri yayılmışdı./anspress/