Dünya 13:34 01.05.2013

Obamadan Suriyaya hərbi müdaxilə açıqlaması

ABŞ prezidenti Barak Obama Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair sübutlarının olduğunu, ancaq bu silahlardan kimin və necə istifadə etdiyini bilmədiklərini deyib.

Obama Suriyada kimyəvi silahdan istifadənin təkrarlanmasının oyun dəyişikliyinə səbəb olacağına dair xəbərdarlıq edib.

Vaşinqtonun ehtiyatlı hərəkət edəcəyini təkrarlayan Obama tələsik qərar veriləcəyi təqdirdə Amerikanın beynəlxalq birliyi hərəkətə keçirmək üçün inandırıcı ola bilməyəcəyini vurğulayıb. ABŞ prezidenti “oyun dəyişikliyi” ifadəsinin hərbi əməliyyat mənasına gəlib-gəlmədiyi haqda sualın cavabında “əlimizdəki variantları yenidən gözdən keçiririk” deyib.

Obama Suriya müxalifətini dəstəkləməyə və ölümcül olmayan silah yardımına davam edəcəklərini vurğulayıb. ABŞ lideri həmçinin Suriyada baş verənlərin beynəlxalq birliyin acizliyini göstərdiyini qeyd edib.

Qaynar.info