Dünya 21:42 02.07.2013

Obamanın Tanzaniya rəqsi - VİDEO

ABŞ prezidenti Barak Obama Afrika səfəri çərçivəsində getdiyi Tanzaniyada yerli xalqla birgə rəqs edib. 

Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Obama və Corc V.Buş 1998-ci ildə baş verən bombalı hücumda həyatını itirənlərin xatirəsinə Tanzaniyanın paytaxtı Dər Əs-Salamdakı ABŞ səfirliyində təşkil edilən mərasimdə görüşüb. 

Mərasim zamanı ən yadda qalan hadisə isə Obamanın rəqs etməsi olub. Belə ki, Obama onun üçün təşkil edilən qarşılama mərasimində yerli xalqla birgə rəqs edib. 

Obamanın rəqsi 2007-ci ildə Afrika səfəri zamanı rəqs edən sabiq ABŞ prezidenti Corc Buşun rəqsini xatırladıb. 

Qaynar.info