Dünya 15:58 26.09.2013

Obamanın Twitter təqibçiləri saxta çıxdı


ABŞ prezidenti Barak Obamanın Twitter təqibçilərinin saxta olduğu üzə çıxıb.

Qaynar.info xəbər verir ki, "StatusPeople" araşdırma mərkəzinin yaydığı hesabata görə, Obamanın Twitterdə olan 37 milyon təqibçisinin 19.5 milyonu saxta imiş.

Hesabatda saxta təqibçilərə Obamanın dünyanın bütün liderləri arasında birinci olduğu bildirilib. Obamanın təqibçilərinin 53 faizinin saxta olduğu, yalnız 20 faizinin aktiv təqibçi olduğu, digərlərinin də spam hesablar olduğu üzə çıxıb.

 "StatusPeople" 2012-ci ildə də bu cür araşdırma apararaq, Obamanın 19 milyonluq təqibçisinin 70 faizinin saxta olduğunu açıqlamışdı.

Qaynar.info