Foto 15:59 13.01.2018

Çobanlarla fermerlər arasında dava: 105 nəfər öldü, 100 min insan... (FOTOLAR)

Nigeriyada fermer və çobanlar arasında otlaqlar üstündə baş verən qarşıdurmalarda 100-dən çox insan ölüb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ordu sözçüsü Sani Usman açıqlama ilə çıxış edərək Benue, Taraba, Nasarava əyalətlərindəki qarşıdurmalara görə əraziyə təhlükəsizlik qüvvələrinin göndərildiyini deyib. 

Nigeriya Fövqəladə Vəziyyət Agentliyindən Emmanuel Şior Quma və Loqoda 80 nəfərin öldüyünü, 80 min nəfərin isə yerlərini tərk etmək məcburiyyətində qaldığını vurğulayıb. Nasarava, Ave, Keanda və Domada isə ölənlərin sayı 25-ə, evlərini tərk edənlərin sayı 12 min nəfərə çatıb. 

Ölkədə heyvandarlıqla məşğul olan Fulanilərlə əkinçiliklə məşğul olan Mambilla qəbilələri arasında tez-tez torpaq üstündə qarşıdurmalar yaşanır. 

Gülşən