Foto 15:07 20.06.2018

Oğlan öz cənazə mərasiminə gəldi: hamı şoka düşdü

Paraqvayda gənc onun üçün təşkil edilmiş cənazə mərasimində ortaya çıxıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, onun narkotik tacirlərinin nəzarətində olan ərazidə yanmış meyiti aşkarlanıb. Polis ailəsinə cəsədin itkin düşmüş 20 yaşlı Xuan Ramon Alfonso Penayo aid olduğunu deyib. Lakin gənc cənazə mərasimində ortaya çıxıb və onun yaşadığı məlum olub. Hadisə hamı tərəfindən böyük təəccüblə qarşılanıb.

Yanmış cəsəd polisə təhvil verilib və onun kimə aid olduğu araşdırılır.

Gülşən