İdman 14:41 30.05.2013

Olimpiadanın medalları təqdim olundu - FOTO

Sank-Peterburqda Soçidə keçiriləcək qış Olimpiya oyunlarının medallarının təqdimat mərasimi keçirilib. 

Qaynar.info-nun məlumatına görə, müdallar xüsusi texnologiya əsasında hazırlanıb və dizayn cəhətdən olduqca fərqlidir. 

Gələcək çempionlar üçün 999 əyarlı 3 kiloqram qızıl nəzərdə tutulub. 

Ümumilikdə 1300 Olimpiya medalı təsis edilib ki, bu da qış Olimpiya oyunları üçün rekord sayılır. 

Qaynar.info