Video 13:08 26.07.2019

Olqa Buzova "Jara"nın səhnəsində yıxıldı (VİDEO)

Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalında çıxış edən rusiyalı müğənni Olqa Buzovanın başına iş gəlib.

Qaynarinfo Baku.ws-ə istinadən xəbər verir ki, müğənninin ifa etdiyi "Voditsa" mahnısı üçün hazırlanmış şouya uyğun olaraq səhnəyə çoxlu su tökülüb. Yer sürüşkən olduğu üçün Olqa Buzova rəqs zamanı sürüşərək yıxılıb. Bu zaman onun dizi qanayıb.

Olqa Buzova yaralanmış dizinin fotosunu "Instagram"da paylaşaraq "Çıxışım zamanı hər şeydən çox sürüşəcəyimdən qorxurdum və bu gün məhz bu hadisə başıma gəldi. Ümid edirəm izləyicilərin çoxu bu ağrılı hadisəni görməyib" yazıb.