Ölkə 13:11 02.07.2018

Oğlunu itirən Zöhrə Abdullayeva tanınmaz halda (FOTO)

Tanınmış teleaparıcı İradə İsak bir müddət öncə oğlunun ölüm xəbərilə sarsılan Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı paylaşım edib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, o, müğənninin arıqladığını və ifaçını tanımadığını bildirib:

"Sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən... Dərd adamı necə dəyişər? Bir aya 10 kiloqram itirib.

Zöhrə xanım, Allah sizə kömək olsun, səbr versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? "Mənim üçün həyat bitdi” deyir. Ovutmaq mümkün deyil. Nə deyim, bilmədim. "Allah rəhmət eləsin, səbr versin”dən savayı...”

Qeyd edək ki, Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib.