Xəbər lenti

OMİD reklam qanunvericiliyini pozub
Ekonomiks 15:02 08.01.2024

OMİD reklam qanunvericiliyini pozub

OMİD İnşaat Mağazalar şəbəkəsi barəsində reklam haqqında qanunvericiliyin pozulmasında ittiham edilir.  

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati qaydada protokol yazılıb. 

OMİD MMC Dövlət Reklam Agentliyinin protokolu barəsində məhkəməyə şikayyət edib. İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Şikayət təmin olunmasa, sözügedən maddə ilə şirkət 5 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->